Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov hesab edir ki, Azərbaycanda bələdiyyə seçkiləri rəqabət və stabillik mühitində keçiriləcək.
"Hesab edirəm ki, seçkilər siyasi partiyaların və namizədlərin fəal iştirakı ilə keçiriləcək. Azərbaycan seçicisi ona lazım olan bələdiyyə üzvlərini seçib bələdiyyələri formalaşdıracaq. Seçilən namizədlər seçicilərin yerli özünüidarəetmə hüquqlarını təmin etməlidir", - cümə axşamı jurnaslitlərə Həsənov bildirib.
Azərbaycanda bələdiyyə seçkilərinin kemirilməsi dekabrın ortalarına planlaşdırılır.
Həsənov hesab edir ki, bələdiyyələrin birləşdirilməsi mövcud olan reallığın tələblərini əks etdirir. "Bələdiyyələrin birləşdirilməsi onların inkişafının dinamikasına səbəb olacaq və böyük bələdiyyələrin səmərəliliyini artıracaq, bələdiyyə sisteminin inkişafı və təkmilləşdirilməsi üçün şərait yaradacaq", - o bildirib.
Prezident Administrasiyasının şöbə müdiri bütün siyasi partiyaların bələdiyyə seçkilərində iştirak edəcəyinə əminliyini bildirib. "Bu seçkilərdə iştirak etməyəcək siyasi partiyaların perspektivi yoxdur. Həmin siyasi partiya prezident və parlament seçkilərində necə iştirak edə bilər?", - Həsənov deyib.