Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə axşamı Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışında iştirak ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı cərrahiyyə korpusu ilə tanışlıqdan sonra kollektivi təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Həkimlər səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər.