...

NATO fövqəladə halların qarşısının alınmasında və aradan qaldırılmasında Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Siyasət Materials 23 Sentyabr 2009 13:20 (UTC +04:00)
“Azərbaycan Fövqəladə Hallar Nazirliyi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması çərçivəsində sənədlər paketi hazırlayır və NATO bu sahədə Azərbaycanla əməkdaşlığa hazırdır”, - NATO Baş Qərargahının nümayəndəsi Corc Vlad Nikulesko deyib.
NATO fövqəladə halların qarşısının alınmasında və aradan qaldırılmasında Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir V.Javoronkova /

NATO fövqəladə halların qarşısının alınmasında və onların nəticələrinin aradan qaldırılmasında Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır.

"Azərbaycan Fövqəladə Hallar Nazirliyi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması çərçivəsində sənədlər paketi hazırlayır və NATO bu sahədə Azərbaycanla əməkdaşlığa hazırdır", - NATO Baş Qərargahının nümayəndəsi Corc Vlad Nikulesko deyib.

"Bu, təhlükəsizlik siyasətinə dəstəyə kömək edəcək", - Nikulesko çərşənbə günü "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər kompleksinin planlaşdırılmasının və idarə edilməsinin effektiv üsulları" mövzusunda seminarda deyib.

NATO-nun Azərbaycanın müvafiq nazirliyi ilə əməkdaşlığı sayəsində fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması üzrə iş təkmilləşdiriləcək. Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq və lazımi seminarların keçirilməsi çox vacibdir.

Azərbaycan NATO ilə hərbi və müdafiə sahəsində, eləcə də alyansın müxtəlif proqramları çərçivəsində əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti