...

Azərbaycanın hakim partiyasının nümayəndələri Qazaxıstanda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər

Siyasət Materials 24 Sentyabr 2009 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyasınnın nümayəndə heyəti Qazaxıstanın paytaxtına yola düşüb.

"Hakim partiyanın sədr müavini və icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Astanaya Qazaxıstanın hakim "Nur Otan" Xalq Demokratik Partiyasının dəvəti ilə gedib", - Trend cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına istinadla bildirib.

Trеnd Nеws-un аrаyışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Səfərin əsas məqsədi hakim partiyanın da üzvü olduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının V Baş Assambleyasının işində iştirak etməkdir. "Konfransda dünya iqtisadi böhranının həlli yolları və onun nəticələri, gənc siyasi liderlərin və qadınların ictimai həyatdakı rolunun artırılması kimi mövzular müzakirə olunacaq", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti