...

Azərbaycan, Türkiyə və Qazaxıstanın hakim partiyaları əməkdaşlığı genişləndirəcəklər

Siyasət Materials 26 Sentyabr 2009 12:16 (UTC +04:00)
Astanada partiya forumunun keçirilməsi Qazaxıstanın nüfuzunun və onun beynəlxalq cəmiyyətdə lider olmasının sübutudur. Bu barədə Məclisin sədri, "Nur Otan" Xalq Demokratik Partiyası fraksiyasının rəhbəri Ural Məhəmmədcanovla keçirilən görüş zamanı Türkiyə və Azərbaycan nümayəndələri tərəfindən bildirilib.
Azərbaycan, Türkiyə və Qazaxıstanın hakim partiyaları əməkdaşlığı genişləndirəcəklər

Qazaxıstan, Astana, 26 sentyabr / Trend , müxbir K.Konırova/

Astanada partiya forumunun keçirilməsi Qazaxıstanın nüfuzunun və onun beynəlxalq cəmiyyətdə lider olmasının sübutudur. Bu barədə Məclisin sədri, "Nur Otan" Xalq Demokratik Partiyası fraksiyasının rəhbəri Ural Məhəmmədcanovla keçirilən görüş zamanı Türkiyə və Azərbaycan nümayəndələri tərəfindən bildirilib. Məlumatı Qazaxıstan Respublikası Məclisinin mətbuat xidməti yayıb.

"Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Haluk İpək və Azərbaycan Milli Məclisinin deputatı, sədr müavini, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov arasında olan söhbət zamanı 2010-cu ildə Qazaxıstanın ATƏT-də qarşıdan gələn sədrliyindən, 2011-ci ildə İslam Konfransından və Qazaxıstan Prezidentinin xarici siyasət təşəbbüslərindən danışılıb", - Qazaxıstan Respublikası Məclisinin press-relizində deyilir.

Məclisdə görüş iştirakçıları hərtərəfli əməkdaşlığın gələcək inkişafında, xüsusilə də iqtisadiyyat və mədəniyyət sahəsində, sülhün və təhlükəsizliyin möhkəmlənməsində partiya forumunun tarixi əhəmiyyətini qeyd ediblər. Yeni paytaxta və ümumilikdə Qazaxıstana yeni dövlət quruluşunun qısa zamanda inkişafı prosesində əldə etmiş nailiyyətlərə görə gözəl sözlər ünvanlanıb.

Türkiyə nümayəndə heyəti ilə görüşdə Məclisin deputatları, "Qazaxıstan-Türkiyə" dostluq qrupunun rəhbəri Vəlixan Konırbayev, Amzebek Jolşibəyov, Azərbaycan nümayəndə heyəti ilə görüşdə Yerlan Neqmatulin və Amzebek Jolşibəyov, həmçinin Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak ediblər.

Azərbaycanın hakim partiyasının nümayəndələri Qazaxıstanın "Nur-Otan" Xalq Demokratik Partiyasının dəvəti ilə Asiya siyasi partiyalarının Beynəlxalq Konfransının V Baş Assambleyasında iştirak edirlər. YAP da bu konfransın üzvüdür. Bu barədə Trend -a YAP-dan məlumat verilib.

Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected].

Məqalədə:
Xəbər lenti

Xəbər lenti