Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir A.Hüseynbala/
Koreyada avtomobillərə Azərbaycanın turizm potensialını özündə əks etdirən reklam plakatları yapışdırılıb.
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 25-dən Seul şəhərinin mərkəzi küçələrində hərəkət edən 22 ədəd avtobusa reklam plakatları yapışdırılıb.
Ölkəmizin uzaq Koreyada daha da yaxından tanınması üçün plakattlarda Azərbaycanın xəritəsi, informasiya əldə etmək üçün sayt imkanları və Bakının müxtəlif mənzərələri yer tapıb. Seulun mərkəzini ərtaf rayonlarla birləşdirən 5 əsas marşrutda təşkil edilmiş reklam kampaniyası bir ay davam edəcək. Nəfis şəkildə tərtib edilmiş reklam lövhələri əhali tərəfindən rəğbətlə qarşılanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]