...

Azərbaycanın XIN İranın səfirinə nota verib

Siyasət Materials 6 Oktyabr 2009 21:22 (UTC +04:00)
Cari ilin 6 oktyabr tarixində İran İslam Respublikasının Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami Xarici İşlər Nazirliyinə dəvət olunaraq Nazir müavini Vaqif Sadıqov tərəfindən qəbul edilmişdir, Azərbaycan Respublikasi Xarici Işlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
Azərbaycanın XIN İranın səfirinə nota verib

Azərbaycan, Bakı, 06 oktyabr / Trend /

Cari ilin 6 oktyabr tarixində İran İslam Respublikasının Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami Xarici İşlər Nazirliyinə dəvət olunaraq Nazir müavini Vaqif Sadıqov tərəfindən qəbul edilmişdir, Azərbaycan Respublikasi Xarici Işlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Görüş zamanı səfir Bəhramiyə bildirilmişdir ki, İran İslam Respublikasının rəsmi qurumu olan Radio və Televiziya Təşkilatının və bu Təşkilata məxsus "Səhər" televiziya kanalının müvafiq internet saytlarında 4 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının daxili və xarici siyasəti ilə bağlı video çarx və məqalə yerləşdirilmişdir. İran diplomatının nəzərinə çatdırılmışdır ki, bu materiallarda Azərbaycan Respublikasının dövlət siyasəti məqsədyönlü şəkildə təhrif olunmuş, milli rəmzi olan dövlət bayrağı kobudcasına təhqir edilmiş, həmçinin Azərbaycan Respublikasının Hökumət və  Milli Məclisinin üzvlərinə və digər dövlət məmurlarına qarşı böhtan xarakterli ittihamlar yer tapmışdır.

Nazir müavini V.Sadıqov bu kimi qərəzli materialların İran İslam Respublikasının rəsmi kütləvi informasiya vasitələrində yayımlanmasının Azərbaycan tərəfində ciddi narahatçılığa səbəb olduğunu vurğulayaraq, eyni xarakterli materialların İranın rəsmi mətbu orqanlarında əvvəllər yer tapdığını və bununla bağlı Azərbaycan tərəfinin dəfələrlə narahatçılığının bildirdiyini demişdir. Son zamanlar isə Azərbaycan Respublikasına qarşı qərəzli veriliş və yazılarda təhqir və böhtanların sayının artaraq öz həddini aşması səfirin nəzərinə çatdırılmışdır. 

Qeyd olunan məsələlərin iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirə biləcəyini vurğulayan V.Sadıqov, İranın rəsmi qurumlarının yolverilməz hərəkətlərinə Azərbaycan tərəfinin qəti etirazını bildirmiş, bu hərəkətlərin səbəblərinin araşdırılmasına və nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasına, eləcə də bu kimi halların qarşısının alınması və təkrar olunmaması istiqamətində İran İslam Respublikasının müvafiq addımlar atacağına israrla təkid etmişdir.

Sonra səfir Məmmədbağır Bəhramiyə Azərbaycan Xarici İşlər Nazirliyinin eyni mövzulu rəsmi notası verilmişdir.

Öz növbəsində İran İslam Respublikasının səfiri görüş və müvafiq nota barədə İran tərəfini məlumatlandıracağını demişdir.    

Xəbər lenti

Xəbər lenti