Moldova, Kişnyov, 09 oktyabr / Trend , xüsusi müxbir Yu.Kudinova/
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir və tərəflər hələ razılıq əldə olunmamış məsələlərə dair müzakirələr aparırlar, bu barədə Trend -un xüsusi müxbirinə Rusiyanın xarici işləri naziri Sergey Lavrov prezidentlərin üçtərəfli görüşünün başa çatmasından əvvəl bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.