...

Azərbaycanın hakim partiyası bələdiyyə üzvlüyünə namizədlərin sayını açıqlayıb

Siyasət Materials 22 Oktyabr 2009 16:06 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının bələdiyyələrə namizədliyi qeydə alınan 7 min nəfərə yaxın üzvü imza vərəqələri götürüb.

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının bələdiyyələrə namizədliyi qeydə alınan 7 min nəfərə yaxın üzvü imza vərəqələri götürüb.

"Partiyanın namizədliyi irəli sürülən 16 minə yaxın üzvündən 7 minə qədərinə artıq müvafiq dairə seçki komissiyalarından imza vərəqələri verilib", - cümə axşamı Trend -a hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Hakim partiya bələdiyyə seçkilərinə hazırlığını seçki qanunvericiliyinə uyğun davam etdirir. "Namizədliyi irəli sürülən digər partiya üzvləri imza vərəqələrinin yaxın zamanlarda dairə seçki komissiyalarından alacaqlar", - məlumatda əlavə olunur.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti