...

Son günlərdə Gürcüstanda baş verən yanğınlar 100 hektara yaxın meşə massivini məhv edib

Siyasət Materials 23 Oktyabr 2009 17:46 (UTC +04:00)
Ətraf mühitin və təbii ehtiyatların mühafizəsi naziri Qoqi Xaçidzenin sözlərinə görə, Gürcüstanda baş verən yanğınlar son günlərdə 100 hektara yaxın meşə massivini məhv edib.
Son günlərdə Gürcüstanda baş verən yanğınlar 100 hektara yaxın meşə massivini məhv edib

Gürcüstan, Tbilisi, 23 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Ətraf mühitin və təbii ehtiyatların mühafizəsi naziri Qoqi Xaçidzenin sözlərinə görə, Gürcüstanda baş verən yanğınlar son günlərdə 100 hektara yaxın meşə massivini məhv edib. Yanğınlar insanların diqqətsizliyi və səhlənkarlığından baş veridyi üçün nazir əhalini ehtiyatlı olmağa çağırıb.

Xaçidze jurnalistlərə bəyan edib ki, hazırda insanlar qışa odun toplamaq üçün meşələrə gedirlər, onların ehtiyatsızlığı ucbatından da yanğınlar baş verir.

Hazırda Sbaneti, Raçe, İmereti, Quriya və Kaxetidəki kəndlərdə yanğınlar davam edir.

"Mən əhalini daha ehtiyatlı olmağa çağırıram", - nazir deyib.

Xaçidze həmçinin bildirib ki, Ətraf Mühitin və Təbii Ehtiyatların Mühafizəsi və Daxili İşlər nazirlikləri yanğının başqa ərazilərə yayılmasına imkan vermir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti