Azərbaycan, Bakı, 28 oktyabr / Trend , M. Əliyev/
Türkiyə bayraqları Bakının Şəhidlər Xiyabanında yenidən dalğalandı.
Trend -un hadisə yerində olan əməkdaşının sözlərinə görə gecə saat 01.30-da türk hərbçilərinin şərəfinə ucaldılmış abidənin yanında Türkiyə və Azərbaycan bayraqları qaldırıldı.
Oktyabrın 15-də Şəhidlər Xiyabanında şəhid türk hərbçilərinin şərəfinə ucaldılmış abidənin ətrafındakı Türkiyə və Azərbaycan bayraqları yığışdırılmışdı. Sonra isə Türkiyənin Dini Xidmətlər Müşavirliyinin qarşısındakı Azərbaycan və Türkiyə bayraqları endirilmişdi.