...

QHT Koalisiyası Azərbaycanın Fakültativ Protokolun təsdiqlənməsi təşəbbüsünü dəstəkləyir

Siyasət Materials 28 Oktyabr 2009 17:04 (UTC +04:00)
Qeyri-Hökumət Təşkilatları Koalisiyası "İqtisadi, sosial və mədəni hüquqlar üzrə Beynəlxalq Paktın Fakültativ Protokol"a qoşulan ilk ölkələrdən biri olan Azərbaycanın sənədin təsdiqlənməsi təşəbbüsünü dəstəkləyir.
QHT Koalisiyası Azərbaycanın Fakültativ Protokolun təsdiqlənməsi təşəbbüsünü dəstəkləyir

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir M.Əliyev/

Qeyri-Hökumət Təşkilatları (QHT) Koalisiyası "İqtisadi, sosial və mədəni hüquqlar üzrə Beynəlxalq Paktın Fakültativ Protokol"a qoşulan ilk ölkələrdən biri olan Azərbaycanın sənədin təsdiqlənməsi təşəbbüsünü dəstəkləyir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova göndərilən məktubda deyilir.

Azərbaycanın XİN rəhbəri sentyabrın 25-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında iştirakı çərçivəsində Protokolu imzalayıb. Bu barədə XİN-nin mətbuat mərkəzindən Azərbaycanın BMT-dəki nümayəndəliyinə istinadən məlumat verilib.

Azərbaycan 1966-cı ildə qəbul olunan Beynəlxalq Pakta 1992-ci ildə qoşulub.

Məqalə müəllifi ilə əlaqə ünvabı: [email protected]

Xəbər lenti

Xəbər lenti