...

Azərbaycan Prezidenti İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 29 Oktyabr 2009 12:53 (UTC +04:00)
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub. Bildirilib ki, mərkəzin tikintisinə 2007-ci ilin yanvarında başlanıb, 2008-ci ilin mayında başa çatdırılıb. Mərkəz hər biri 730 kvadratmetr olmaqla, iki mərtəbədən və zirzəmidən ibarətdir.
Azərbaycan Prezidenti İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub. Bildirilib ki, mərkəzin tikintisinə 2007-ci ilin yanvarında başlanıb, 2008-ci ilin mayında başa çatdırılıb. Mərkəz hər biri 730 kvadratmetr olmaqla, iki mərtəbədən və zirzəmidən ibarətdir. Burada şahmat, aviamodelçilik, heykəltəraşlıq, rəssamlıq, "Bacarıqlı əllər" uşaq dərnəkləri, birinci mərtəbədə daimi fəaliyyət göstərən sərgi-ekspozisiya zalı, ikinci mərtəbədə Heydər Əliyev irsini araşdırma mərkəzi, elektron kitabxana, kitabxana, kompyuter otaqları, konfrans zalı vardır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin həyatını əks etdirən sərgi-ekspozisiya zalına, Heydər Əliyev irsini araşdırma mərkəzinə, elektron kitabxanaya, kitabxanaya, kompyuter otaqlarına, konfrans zalına baxıblar.

Dövlətimizin başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Mərkəzin ətrafında 4 hektar sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Burada iki fəvvarə quraşdırılıb, 22 metr hündürlükdə dövlət bayrağı ucaldılıb, Dairə Seçki Komissiyasının, Maliyyə İdarəsinin, Prokurorluğun, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin yeni inzibati binaları tikilib, rayon mədəniyyət evi, mərkəzi kitabxana, uşaq kitabxanası əsaslı təmir edilib. Mərkəzin ətrafındakı əraziyə 22 min 500 kvadratmetr səki daşları döşənib, müasir işıqlandırma və suvarma sistemi quraşdırılıb. Ərazidə yaşıllaşdırma işlərində 4 min ağac və gül kollarından, 3 min ədəd çiçəkdən, 12 min kvadratmetr döşəmə qazondan istifadə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti