...

Azərbaycan Prezidenti Fələstin Muxtariyyətinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 30 Oktyabr 2009 17:31 (UTC +04:00)
Xarici işlər naziri Riyad əl-Maliki Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırıb. O, Fələstin Muxtariyyəti rəhbərliyinin Azərbaycanda səfirliyin açılması barədə qərar qəbul etdiyini bildirib.
Azərbaycan Prezidenti Fələstin Muxtariyyətinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xarici işlər naziri Riyad əl-Maliki Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırıb. O, Fələstin Muxtariyyəti rəhbərliyinin Azərbaycanda səfirliyin açılması barədə qərar qəbul etdiyini bildirib.

Görüşdə münasibətlərimizin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Muxtariyyətinin rəhbərinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti