...

Azərbaycanda bələdiyyə üzvlüyünə 26 769 nəfərin namizədliyi təsdiq olunub

Siyasət Materials 31 Oktyabr 2009 13:17 (UTC +04:00)
“Namizədlərin 5110 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 13 322-si ali təhsillidir”, - çənbə günü Trend News-a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 26 769 nəfərin namizədliyi təsdiq olunub

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə üzvlüyünə 26 769 nəfərin namizədliyi təsdiq olunub.

"Namizədlərin 5110 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 13 322-si ali təhsillidir", - çənbə günü Trend -a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Namizədliyi təsdiqlənənlərin 25 351 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb. "Həmin şəxslərin 11 161 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 530 bələdiyyə üzrə 3456 nəfərin namizədliyi qeydə alınıb", - məlumatda vurğulanır.

Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 7057 nəfəri bitərəfləri, digərləri isə 28 siyasi partiyanı əhatə edir. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti