...

Avropa İttifaqı Türkiyədən üzv olmasını xahiş etməlidir - İran Prezidenti

Siyasət Materials 7 Noyabr 2009 11:52 (UTC +04:00)
Avropa İttifaqı Türkiyədən üzv olmasını xahiş etməlidir. Bu barədə TRT kanalına müsahibəsində İran Prezidenti Mahmud Əhmədinejad bildirib.
Avropa İttifaqı Türkiyədən üzv olmasını xahiş etməlidir - İran Prezidenti

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir R.Dərəxşan/

Avropa İttifaqı Türkiyədən üzv olmasını xahiş etməlidir. Bu barədə TRT kanalına müsahibəsində İran Prezidenti Mahmud Əhmədinejad bildirib. Məlumatıl Anadolu agentliyi yayıb.

İran Prezidentinin fikrincə, Avropa İttifaqı Türkiyədən üzvlərindən biri olmasını xahiş etməlidir, belə ki, Aİ-yə daxil olaraq Türkiyə öz tarixi, mədəniyyəti və sivilizasiyası ilə onun nüfuzunu artıracaq.

Əhmədinejad bildirib ki, dünyada yeni şərait və yeni mühit yaranıb, yeni humanizm, mədəniyyət və mənəviyyat erası başlanıb. O bildirib ki, qədim tarixə və sivilizasiyaya malik Türkiyə və İran kimi dövlətlər bu dövrdə inkişaf edəcək.

İran Prezidenti bildirib ki, Türkiyə Şərq ölkələri ilə münasibətlərini yaxşılaşdırmalıdır və əlavə edib ki, bu, onun Qərb ilə əlaqələrinin kəsilməsi demək deyil.

İranın nüvə proqramı məsələsinə cavab verərək Əhmədinejad bildirib ki, onun ölkəsi nüvə enerjisinə sahib olmaq hüququna malikdir. Onun sözlərinə görə, İranın nüvə məsələsi danışıqlar mövzusu ola bilməz və İran bunu yalnız MAQATE ilə müzakirə edib.

Əhmədinejad müsəlman ölkələrini bir-birilərini dəstəkləməyə çağırıb və qeyd edib ki, Türkiyə, İran, Misir, Pakistan, Banqladeş, Nigeriya, Malayziya və İndoneziya böyük əhaliyə və iqtisadiyyata malik ğlkə kimi böyük bazar yarada bilərlər.

Xəbər lenti

Xəbər lenti