...

Azərbaycan və Sloveniya prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub

Siyasət Materials 9 Noyabr 2009 17:10 (UTC +04:00)
"Mən Sizi Azərbaycanda bir daha salamlayıram. Sizi görməyimə çox şadam. Bu, Sloveniya Prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər uğurlu olacaq. Biz ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəyik və onların daha da inkişaf etdirilməsi yollarını araşdıracağıq. Potensial çox böyükdür və əminəm ki, Azərbaycana səfərinizin praktiki nəticələrini gələcəkdə görəcəyik. Bu gün bizim ikitərəfli münasibətlər və regional inkişafla bağlı artıq müəyyən müzakirələrimiz oldu. Bir sözlə, hesab edirəm ki, səfərinizin əməkdaşlığımızda praktiki nəticələrini görəcəyik. Apardığımız fəal siyasi dialoq gələcəkdə də davam edəcəkdir", - Azərbaycan Prezidenti İlham Əliyev görüş iştirakçılarına bildirib.
Azərbaycan və Sloveniya prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub

Noyabrın 9-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Mən Sizi Azərbaycanda bir daha salamlayıram. Sizi görməyimə çox şadam. Bu, Sloveniya Prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər uğurlu olacaq. Biz ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəyik və onların daha da inkişaf etdirilməsi yollarını araşdıracağıq. Potensial çox böyükdür və əminəm ki, Azərbaycana səfərinizin praktiki nəticələrini gələcəkdə görəcəyik. Bu gün bizim ikitərəfli münasibətlər və regional inkişafla bağlı artıq müəyyən müzakirələrimiz oldu. Sabah işgüzar dairələr görüşəcək. Bir sözlə, hesab edirəm ki, səfərinizin əməkdaşlığımızda praktiki nəticələrini görəcəyik. Apardığımız fəal siyasi dialoq gələcəkdə də davam edəcəkdir", - Azərbaycan Prezidenti İlham Əliyev görüş iştirakçılarına bildirib.

"Burada olmağımızdan çox şadam. Şəxsən mən Azərbaycanda olmağımdan çox məmnunam. Hətta, Sloveniya Prezidenti seçildiyim ilk günlərdən Azərbaycana səfər etmək istəyirdim. Nəhayət, çox şadam ki, bu səfər artıq baş tutub. Sloveniya ilə Azərbaycanın yaxın keçmişdəki tarixi oxşar olub. Hər iki ölkə gənc müstəqil dövlətdir. Xalqlarımız çətin siyasi sınaqlardan keçib. Hər iki ölkə daha geniş Avropanın formalaşmasına çalışır. Budəfəki səfərimiz Berlin divarının yıxılması tarixinə təsadüf edir. Həmin tarixi hadisə Avropada böyük dəyişikliklərə səbəb oldu və qarşımızda geniş imkanlar açdı", - Sloveniya Prezidenti Danilo Türk səmimi qəbul üçün təşəkkür edərək deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər müstəqillik dövrü ilə məhdudlaşmır.

"Biz yaxşı bilirik ki, Azərbaycanın qəhrəman oğulları İkinci Dünya müharibəsi dövründə Sloveniya torpağında faşizmə qarşı mübarizə aparıblar. Biz həmin faktları ölkələrimizin ictimaiyyətinin diqqətinə geniş çatdırmalıyıq. Çünki bu, ortaq tariximizin ən mühüm hissələrindən biridir. Bu cür hadisələr tədqiq edilməli və daimi olaraq öyrənilməlidir. Hesab edirəm ki, biz belə bir bünövrə əsasında münasibətlərimizi daha da inkişaf etdirə bilərik", - Danilo Türk əlavə edib.

Xəbər lenti

Xəbər lenti