...

Türkiyə və Azərbaycanın xarici siyasəti qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək - İKT-nin baş katibi

Siyasət Materials 11 Noyabr 2009 13:18 (UTC +04:00)
İslam Konfransı Təşkilatının (İKT) baş katibi inanır ki, Türkiyə və Azərbaycanın xarici siyasəti qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək.
Türkiyə və Azərbaycanın xarici siyasəti qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək - İKT-nin baş katibi

Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir M.Əliyev /

İslam Konfransı Təşkilatının (İKT) baş katibi inanır ki, Türkiyə və Azərbaycanın xarici siyasəti qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək.

"Türkiyə vətəndaşı kimi hesab edirəm ki, Azərbaycan xalqı ilə bizi möhkəm əlaqələr bağlayır. Bunu bu gün anlamamışam, bunu hələ 70-ci illərdən müşahidə edirəm. İnanıram ki, Türkiyə və Azərbaycanın xarici siyasəti qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək. Nə Türkiyə, nə də Azərbaycan bir-birinin maraqlarına zidd hərəkət etməyəcək. Təxribat şəraiti yaratmaq lazım deyil", - çərşənbə günü Bakıda jurnalistlərə İKT-nin baş katibi Ekmələddin İhsanoğlu bildirib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu Ankara və Yerevan arasında diplomatik münasibətlərin bərpasına dair protokoları imzalayıblar.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti