...

"Şərq tərəfdaşlığı" Aİ-nin daha vacib təşəbbüslərindən biridir - İsveçin XİN rəhbəri

Siyasət Materials 18 Noyabr 2009 10:41 (UTC +04:00)
"Şərq tərəfdaşlığı" Avropa İttifaqının daha vacib təşəbbüslərindən biridir, dünən "Şərq tərəfdaşlığı" ölkələrinin vətəndaş cəmiyyəti forumu iştirakçılarına İsveçin xarici işlər naziri Karl Bildt bildirib.
"Şərq tərəfdaşlığı" Aİ-nin daha vacib təşəbbüslərindən biridir - İsveçin XİN rəhbəri

Belçika, Brüssel, 17 noyabr / Trend , müxbir T.Mahmud/

"Şərq tərəfdaşlığı" Avropa İttifaqının daha vacib təşəbbüslərindən biridir, dünən "Şərq tərəfdaşlığı" ölkələrinin vətəndaş cəmiyyəti forumu iştirakçılarına İsveçin xarici işlər naziri Karl Bildt bildirib.

Bildt Aİ-ni təmsil edən ölkə nümayəndəsi kimi qeyd edib ki, vətəndaş cəmiyyətinin nümayəndələri dekabrın 8-də Aİ ölkələrinin və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus da daxil olmaqla, "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında öz tövsiyələrini verəcək.

"Şərq tərəfdaşlığı" ölkələrinin vətəndaş cəmiyyətinin təxminən 240 nümayəndəsi Aİ-nin üzv ölkələri ilə Brüsseldə "Şərq tərəfdaşlığı"nın inkişafına yardım imkanlarını müzakirə edəcəklər.

Xarici əlaqələr üzrə Avropa Komissarı Benita Ferrero-Valdner həmçinin dinamizmi və Aİ-nin bütün üzv dövlətlərini, o cümlədən tərəfdaş ölkələr - Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Belarusu özündə birləşdirən "Şərq tərəfdaşlığı" vətəndaş cəmiyyəti qruplarının iştirakını alqışlayıb.

"Bu gün sizin sayənizdə tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur. İndi siz yaxın keçmişdə hökumətin hakim olduğu müzakirələrdə fəal tərəfdaşlarsınız, bu - demokratiyanın möhkəmlənmə yolları, lazımı idarəetmə, iqtisadi islahat və enerji təhlükəsizliyinin müzakirəsidir", - o bildirib.

Valdnerin sözlərinə əsasən, Avropa İttifaqı və "Şərq tərəfdaşlığı"nın sadiq qaldığı dəyələrin dəstəklənməsi və başa düşülməsi daha da artacaq və bu, bütün ölkələrimizin stabilliyi, təhlükəsizliyi və rifahına ümid verir.

Xəbər lenti

Xəbər lenti