...

ABŞ-da oxuyan özbəkistanlı tələbələrin sayı 2008-2009-cu tədris ilində artıb

Siyasət Materials 19 Noyabr 2009 13:46 (UTC +04:00)
2008-2009-cu tədris ilində Amerikanın kollec və universitetlərində oxuyan özbəkistanlı tələbələrin sayı ötən illə müqaisədə 28 faiz artıb. "2009-cu il ərzində Beynəlxalq Təhsil İnstitutlarına (BTİ) açıq qapı" adlı məruzədə deyilir.
ABŞ-da oxuyan özbəkistanlı tələbələrin sayı 2008-2009-cu tədris ilində artıb

Özbəkistan, Daşkənd, 19 noyabr / Trend , müxbir D.Əzizov/

2008-2009-cu tədris ilində Amerikanın kollec və universitetlərində oxuyan özbəkistanlı tələbələrin sayı ötən illə müqaisədə 28 faiz artıb. "2009-cu il ərzində Beynəlxalq Təhsil İnstitutlarına (BTİ) açıq qapı" adlı məruzədə deyilir.

Məlumata görə, 2008-2009-cu tədris ilində ABŞ kollec və universitetlərində təhsil almaq üçün Özbəkistandan bir il əvvəl gedən 539 tələbəyə nisbətdə 688 tələbə gedib.

Özbəkistandan olan tələbə-bakalavrların yarıdan çoxu müəyyən elm sahəsində dərəcə almaq üçün nisbətən ucuz imkanlar təqdim edən kolleclərə və dörd illik universitetlərə qəbul olunmaq üçün hazırlığa qəbul olunub. Özbəkistandan olan tələbələrin təxminən 28 faizi Hyuston, Texasda beş ictimai kollecdən ibarət Lone Star College sistemi ilə qəbul olunub.

Magistr dərəcəsi alan özbəkistanlı tələbələrin böyük əksəriyyəti şöbələri ABŞ-ın dörd şəhərində yerləşən Nebraska-Omaha, Conson və Uels universitetlərində və Mərkəzi Asiyanı öyrənmək üçün təhsil proqramı kursuna malik olan Bilminqton (İndiana) universitetində təhsil alır.

Amerika təhsil müəssisələrinə qəbul olunmuş xarici tələbələrin qeydiyyatda olan sayına dair "Açıq qapı" məruzəsi hər il Beynəlxalq Təhsil İnstitutu (BTİ) və ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət işlərinə dair bürosu tərəfindən birgə tərtib olunur.

Çəqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti