...

Türkdilli Dövlətlərin Parlamentlərarası Assambleyası beynəlxalq qurumlarda türk maraqlarına xidmət edən məsələlərin qərarlar şəklini alması üçün mexanizm hazırlamalıdır - Azərbaycanın vitse-spikeri

Siyasət Materials 23 Noyabr 2009 11:38 (UTC +04:00)
Türkdilli Dövlətlərin Parlamentlərarası Assambleyası beynəlxalq qurumların daxilində türk maraqlarına xidmət edən məsələlərin qərarlar şəklini alması üçün lazimı fəaliyyət mexanizmi işləyib hazırlamalıdır, Trend News-un məlumatına görə, bunu noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki “İnterkontinental” otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısında çıxışı zamanı Azərbaycan Parlamentinin sədr müavini Bahar Muradova deyib, məlumatı bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.
Türkdilli Dövlətlərin Parlamentlərarası Assambleyası beynəlxalq qurumlarda türk maraqlarına xidmət edən məsələlərin qərarlar şəklini alması üçün mexanizm hazırlamalıdır - Azərbaycanın vitse-spikeri

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir M.Əliyev/

Türkdilli Dövlətlərin Parlamentlərarası Assambleyası beynəlxalq qurumların daxilində türk maraqlarına xidmət edən məsələlərin qərarlar şəklini alması üçün lazimı fəaliyyət mexanizmi işləyib hazırlamalıdır, Trend -un məlumatına görə, bunu noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki "İnterkontinental" otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısında çıxışı zamanı Azərbaycan Parlamentinin sədr müavini Bahar Muradova deyib, məlumatı bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.

Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki "İnterkontinental" otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib. Toplantıda Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri Sabir Rüstəmxanlı və Fazil Müstafa, Türkiyə TBMM-nin bir neçə üzvü, alimlər, ziyalılar, həmçinin Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri, digər qonaqlar iştirak ediblər.

Virse-spiker hesab edir ki, Assambleyaya üzv olan dövlətlərin nümayəndələri təkcə türkdilli xalqların təmsilçiləri olaraq bir-birləri ilə görüşməklə kifayətlənməməli, bu qurumu beynəlxalq aləmdə fəaliyyət göstərən bütün təşkilatların Parlament Assambleyaları sırasına cıxarmalıdırlar və bu qurum digər beynəlxalq təşkilatlara inteqrasiya etməlidir.

Muradova qeyd edib ki, Assambleya türkdilli ölkələrin ümumi maraqlarına xidmət edən məsələlər üzərində ortaq mövqenin möhkəmləndirilməsi işini təşkil etməli, dünya parlamentlərində olan türkəsilli deputatların, türkdilli muxtar qurumların, buraya qoşulmayan türkdilli dövlətlərin quruma cəlbinə nail olmalıdır.

Muradova əminliyini bildirib ki, Azərbaycan və Türkiyə dövlətlərinin, millətlərinin birliyi bu gün daha da ciddi şəkildə qarşıda durur.

"Azərbaycanla Türkiyənin yaxınlaşmasını, birliyini istəməyən, mənafeləri bizim birgə maraqlarımızla toqquşan dövlətlərin olduğu aydındır. Dünyadakı və həmçinin bölgədəki hadisələri idarə etmək qabiliyyətinə malik olmalıyıq", - Muradova əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti