...

Azərbaycanın hakim partiyası Avropa Xalq Partiyası ilə münasibətlərin inkişafında maraqlıdır – partiyanın sədr müavini

Siyasət Materials 25 Noyabr 2009 16:07 (UTC +04:00)
"Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Avropa Xalq Partiyasının (AXP) beynəlxalq əlaqələr üzrə katibi Nikola Briki və qurumun siyasi müşaviri Xuan Aleksandro Van Nessi qəbul edib", - Trend News-un məluamtına görə, cümə axşamı partiyanın internet saytında bildirilib.
Azərbaycanın hakim partiyası Avropa Xalq Partiyası ilə münasibətlərin inkişafında maraqlıdır – partiyanın sədr müavini

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası Avropa Xalq Partiyası ilə münasibətlərin inkişafında maraqlıdır.

"Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Avropa Xalq Partiyasının (AXP) beynəlxalq əlaqələr üzrə katibi Nikola Briki və qurumun siyasi müşaviri Xuan Aleksandro Van Nessi qəbul edib", - Trend -un məluamtına görə, cümə axşamı partiyanın internet saytında bildirilib.

Trеnd Nеws-un аrаyışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Əhmədov ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası, partiyanın həyata keçirdiyi siyasət və əldə etdiyi uğurlar, habelə Dağlıq Qarabağ münaqişəsi və öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər və onların yaşayışı haqqında qonaqlara geniş məlumat verib.

"Prezident İlham Əliyevin respublikada və regionda həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın bölgədə siyasi, sosial-iqtisadi, habelə bütün sahələrdə lider dövlətə çevrilməsi haqqında danışan sədr müavini ölkə başçısının xalqın rəğbətini və dəstəyini qazandığını qonaqların diqqətinə çatdırıb", - məlumatda qeyd edilir.

Azərbaycanın regionda ən tolerant siyasi sistemə sahib olduğunu deyən qonaqlar, ölkənin Avropaya inteqrasiya etmə istəyini və çox qısa zaman kəsiyində demokratik ruhda bu cür inkişaf etməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər.

"Daha sonra tərəflər görüşdə YAP ilə AXP arasındakı əməkdaşlığın inkişafı və YAP-ın quruma üzv olması istiqamətində fikir mübadiləsi aparılıb. Əhmədov YAP-ın AXP ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bir daha nəzərə çatdırıb", - məlumatda vurğulanır.

YAP-la tanışlıqdan sonra AXP nümayəndələri Milli Məclisdə olub və ayrı-ayrılıqda parlamentin ATƏT-də və AŞ PA-da olan nümayəndə heyətinin üzvləri ilə görüşüblər. Görüşlərdə Milli Məclisin sədr müavini Bahar Muradova və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın siyasi sistemi, həyata keçirdiyi xarici siyasət və prioritet istiqamətləri, demokratik islahatlar haqqında geniş məlumat veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti