...

Prezident Medvedyev Özbəkistana yeni səfir təyin edib

Siyasət Materials 26 Noyabr 2009 11:08 (UTC +04:00)
Prezident Medvedyev bazar ertəsi Lvoviç Türdenyevin Rusiya Federasiyasının Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında fərman imzalayıb. Bu barədə Rusiyanın Özbəkistandakı səfirliyi məlumat verib.

Özbəkistan, Daşkənd, 26 noyabr / Trend , müxbir D.Əzizov/

Prezident Medvedyev bazar ertəsi Lvoviç Türdenyevin Rusiya Federasiyasının Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında fərman imzalayıb. Bu barədə Rusiyanın Özbəkistandakı səfirliyi məlumat verib.

Türdenyev Daşkəndə səfir təyin edilənə qədər Rusiyanın Braziliyada səfiri və Surinam Respublikasında səfir əvəzi olub.

Rusiyanın Özbəkistandakı səfirinin yeri bir ildən artıq boş qalıb. Rusiyanın Özbəkistandakı keçmış səfiri Fərid Məhəmmədşin 2008-ci ilin oktyabrında geri çağrılıb və MDB-nin xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentliyinin rəhbəri təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti