...

Azərbaycanda qanunsuz dövriyyədən daha çox narkotik vasitənin çıxarılması bu tədbirlərin sistemli şəkildə həyata keçirilməsinin göstəricisidir - daxili işlər naziri

Siyasət Materials 1 Dekabr 2009 18:32 (UTC +04:00)
2008-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ötən dövründə qanunsuz dövriyyədən daha çox narkotik vasitənin çıxarılması bu sahədə tədbirlərin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinin göstəricisidir, bununla bərabər əldə edilmiş nəticələr mövcud reallığı tam əks etdirmir.
Azərbaycanda qanunsuz dövriyyədən daha çox narkotik vasitənin çıxarılması bu tədbirlərin sistemli şəkildə həyata keçirilməsinin göstəricisidir - daxili işlər naziri

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

2008-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ötən dövründə qanunsuz dövriyyədən daha çox narkotik vasitənin çıxarılması bu sahədə tədbirlərin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinin göstəricisidir, bununla bərabər əldə edilmiş nəticələr mövcud reallığı tam əks etdirmir. Trend -un məlumatına görə, bu barədə çərşənbə axşamı "Daxili işlər orqanlarında kargüzarlıq işinin təşkili"nə və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməliyyat işinin, digər xidmət sahələri ilə qarşılıqlı əlaqələrin vəziyyəti"nə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

"Son illər narkotiklərə qarşı mübarizə əvvəlki dövrlərlə müqayisədə daha səmərəli təşkil olunub, bu istiqamətlərdə bir sıra uğurlarla yanaşı, bəzi şəhər-rayon polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, onların konkret həlli yolları göstərilməklə ilin sonunadək aradan qaldırılmalıdır", - Usubov bildirib.

Həyata keçirilən kompleks təşkilati tədbirlərin nəticəsində qanunsuz dövriyyədən əvvəlki illərdən fərqli olaraq daha çox narkotik vasitə çıxarılıb. 2006-cı ildə 251,5 kiloqram, 2007-ci ildə 336,7 kiloqram, 2008-ci ildə 651,5 kiloqram, 2009-cu ilin 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisindən 1,7 dəfə çox - 993,9 kiloqram narkotik vasitə götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti