...

Gürcüstan Parlamenti beynəlxalq cəmiyyəti Abxaziyadakı prezident seçkilərini tanımamağa çağıracaq

Siyasət Materials 11 Dekabr 2009 16:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamenti AbxaziyaCənubi Osetiya ərazilərində Rusiyanın fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsini çərşənbə axşamınadək təxirə salıb, çünki dekabrın 12-də Abxaziyada "prezident seçkiləri" keçirilməlidir.

Bu gün parlamentin növbədənkənar iclasında spiker David Bakradze deyib ki, etnik təmizləmə aparılan və hazırda işğal rejimində olan ərazilərdə hər hansı bir seçki keçirilə bilməz. Onun sözlərinə görə, elə beynəlxalq cəmiyyətdə bu mövqenin tərəfdarıdır.

Bakradze deyib ki, bu məsələ parlamentin çərşənbə axşamı qəbul edəcəyi bəyanatın mətninə əlavə olunacaq. "Gürcüstan Parlamenti beynəlxalq cəmiyyəti Abxaziyadakı "prezident seçkilərini" tanımamağa çağıracaq", - o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti