...

Londonda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edildi

Siyasət Materials 12 Dekabr 2009 03:29 (UTC +04:00)
11 noyabr tarixdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar Azərbaycanın Böyük Britaniyadakı səfirliyində anım mərasimi keçirilmişdir. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məlumatında bildirilir.
Londonda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edildi

11 noyabr tarixdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar Azərbaycanın Böyük Britaniyadakı səfirliyində anım mərasimi keçirilmişdir. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məlumatında bildirilir.

Mərasimdə Londonda yaşayan Azərbaycan və türk icmasının nümayəndələri, diaspora təşkilatlarının təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Səfir Fəxrəddin Qurbanov Ümummilli liderin həyat yolu və siyasi fəaliyyətinə nəzər yetirmiş, onun xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs etmişdir.

Çıxışında o, müstəqillik qazandıqdan sonra Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və dünya ölkələri arasında öz layiqli yerini tutmasının Ümummilli liderin adı ilə bağlı olduğunu əlavə etmiş və bu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Səfir həmçinin Azərbaycan-Böyük Britaniya münasibətlərinin yaradılması və bu günkü səviyyəyə çatmasında Ümummilli lider Heydər Əliyevin xüsusi rol oynadığını nəzərə çatdırmış və iki ölkə arasındakı mövcud əməkdaşlığın təməlinin məhz onun tərəfindən qoyulduğunu vurğulamışdır.

Anım mərasiminin sonunda Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir. 

Xəbər lenti

Xəbər lenti