...

Gürcüstanda "donuz qripi" epidemiyası yoxdur – sosial müdafiə naziri Aleksandr Kvitaşvili

Siyasət Materials 15 Dekabr 2009 19:18 (UTC +04:00)
Gürcüstanda "donuz qripi" epidemiyası yoxdur. Bu barədə Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Aleksandr Kvitaşvili bu gün hökümət iclasının sonunda jurnalistlərə deyib.
Gürcüstanda "donuz qripi" epidemiyası yoxdur – sosial müdafiə naziri Aleksandr Kvitaşvili

Gürcüstan, Tbilisi, 15 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda "donuz qripi" epidemiyası yoxdur. Bu barədə Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Aleksandr Kvitaşvili bu gün hökümət iclasının sonunda jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, epidemiyanın elan olunması üçün müvafiq statistik məlumatlar lazımdır. Bunun üçün hər yüz min vətəndaşdan min yüzü bu virusa yoluxmalıdır. "Gürcüstanda buna bənzər vəziyyət yoxdur, buna görə də epidemiyanın elan edilməsinə ehtiyac yoxdur", - Kvitaşvili deyib.

Həkimlərin çağırış planı ötən həftə pik həddə çatıb, son günlərdə isə bu plan üzrə vəziyyət stabilləşib.

Kvitaşvili bir daha vurğulayıb ki, Gürcüstanda kifayət qədər dərman ehtiyatı var və onlar poliklinika və xəstəxanalar arasında paylaşdırılır.

"Dövlət kommersiya sektorlarına görə cavabdehlik daşımır", - nazir deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti