...

Azərbaycanın qaz ehtiyatı beş trilyon kubmetrədək artırıla bilər – XİN rəhbəri Elmar Məmmədyarov

Siyasət Materials 12 Yanvar 2010 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend /

Hazırda Azərbaycanın qaz ehtiyatı iki trilyon kubmetr həcmində qiymətləndirilir və bu rəqəm beş trilyon kubmetrədək artırıla bilər. Bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətərin "əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

Regional energetika əməkdaşlığına gəlincə, nazir deyib ki, Azərbaycan qonşu ölkələrlə fəal işləyir və Avropada qaz əməliyyatlarını genişləndirməyi planlaşdırır.

"Bizim tarif diktə edən qonşumuz yoxdur", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında energetika əməkdaşlığı onilliklərlə hesablanır.

"Həmçinin bizim qaz satışına dair İranla müqaviləmiz var, Türkiyə ilə gündəlik dörd milyard kubmetr qaz satışına dair və satış miqyasını Avropa İttifaqınadək genişləndirməyə dair danışıqlar aparırıq", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın prioritet vəzifəsi ölkənin iqtisadi səviyyəsini yüksəltmək və dövlət büdcəsini artırmaqdır.

Hazırda Azərbaycan Cənubi Qafqaz vasitəsilə "Şahdəniz" yatağından Gürcüstan və Türkiyəyə qaz ixrac edir. ARDNŞ "Qazprom"-la müqavilə üzrə 2010-cu ildə Rusiyaya 1,1 milyard kubmetr qaz tədarük edəcək. Dekabrda ARDNŞ və İranın Milli Qaz Şirkəti (NIGC) 2009-2010-cu il qış dövründə qaz alqı-satqısı haqqında müqavilə imzalayıb. Bu gün Bakıda ARDNŞ və NIGC arasında qaz tədarükü üzrə uzunmüddətli müqavilənin bağlanması haqqında danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti