Gürcüstan, Tbilisi, 16 yanvar/ Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanda keçiriləcək yerli seçkiləri Avropa Şurasının monitorları müşahidə edəcək, Nazirlər Şurası komitəsinin sədri İsveçrənin XİN-nin rəhbəri Mişlen Kalmi-Rey Tbilisidə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə birgə təşkil edilən brifinqdə deyib.
O vurğulayıb ki, Avropa Şurası Gürcüstandakı demokrtaik islahatları, həmçinin məhkəmə sistemində həyata keçirilən islahatları dəstəkləyir.
Məhz demokratik islahatların həyata keçirilməsi çərçivəsində Gürcüstanda keçiriləcək yerli seçkiləri müşahidə etməyə razılıq vermişik və tezliklə bura bizim monitorlarmız göndəriləcək", Kalmi-Rey deyib.