...

Azərbaycan Parlamentinin deputatları Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini sabah səhər saatlarında açıqlayacaqlar

Siyasət Materials 17 Yanvar 2010 17:00 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatları Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini sabah səhər saatlarında açıqlayacaqlar, ba barədə bazar günü Kiyevdən telefonla Trend News-a seçkiləri müşahidə edən deputat Qənirə Paşayeva bildirib.
Azərbaycan Parlamentinin deputatları Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini sabah səhər saatlarında açıqlayacaqlar

Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir T. Çiqniyev/

Azərbaycan Parlamentinin deputatları Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini sabah səhər saatlarında açıqlayacaqlar, ba barədə bazar günü Kiyevdən telefonla Trend -a seçkiləri müşahidə edən deputat Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə Azərbaycan deputatları Avropa Şurası və MDB Parlament assambleyalarının müşahidə missiyasının tərkibində səsvermənin gedişatını izləyirlər.

AŞ PA tərkibində Azərbaycan Parlamentinin deputatları Qənirə Paşayeva və Sabir Hacıyev MDB PA tərkibində isə digər iki deputatın müşahidəçilik missiyaları həyata keçirilir.

Paşayeva bildirib ki, onlar Kiyevdəki seçki məntəqələrində müşahidəçilik missiyasını həyata keçirirlər.

Deputatların sözlərinə görə onların da daxil olduğu AŞ PA müşahidə missiyası seçki ərəfəsi bütün prezidentliyə namizədlər ilə, QHT-lərlə və media təmsilçiləri ilə görüş keçiriblər.

Paşayeva həmçinin deyib ki, Azərbaycan Parlamentinin deputatları V. YanukoviçV. Yuşenkonun ses verdiyi seçki məntəqələrində də müşahidəçilik ediblər.

Xəbər lenti

Xəbər lenti