...

20 Yanvar faciəsi ilə bağlı Bakıda qatar və avtomobillərin hərəkəti bir dəqiqəlik dayandırılıb

Siyasət Materials 20 Yanvar 2010 12:01 (UTC +04:00)
20 Yanvar - Ümummilli hüzn günü saat 12:00-da Bakı Metropoliteninin bütün stansiyalarında qatarların hərəkəti bir dəqiqəlik dayandırılıb və siqnal səsləndirilib. Bütün stansiyalarda matəm musiqisi səsləndirilir, qara lentlərə bağlanılan qərənfillər düzülüb.
20 Yanvar faciəsi ilə bağlı Bakıda qatar və avtomobillərin hərəkəti bir dəqiqəlik dayandırılıb

Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir M.Əliyev/

20 Yanvar - Ümummilli hüzn günü saat 12:00-da Bakı Metropoliteninin bütün stansiyalarında qatarların hərəkəti bir dəqiqəlik dayandırılıb və siqnal səsləndirilib. Bütün stansiyalarda matəm musiqisi səsləndirilir, qara lentlərə bağlanılan qərənfillər düzülüb. Bununla bərabər, həmin vaxt yollarda avtomobillərin hərəkəti də bir dəqiqəlik dayandırılıb və siqnal səsləndirilib.

Ümummili hüzn günü Azərbaycanın dövlət bayraqları endirilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xəbər lenti

Xəbər lenti