Gürcüstan, Tbilisi, 01 fevral / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanda "donuz qripi"nə yoluxduğu ehtimal edilən 37 yaşlı kişi dünyasını dəyişib.
Xəstəliklərə nəzarət Milli Mərkəzindən Trend -a verilən məlumnata görə, xəstədə A/H1N1 virusunun bütün əlamətləri olub. Laborator təsdiqi isə daha sonra əldə ediləcək.
Bu artıq Gürcüstanda həmin qripin 30-cu qurbanıdır.
Bu vaxtadək donuz qripinə 1299 yoluxma halı laborator yolla təsdiq edilib. Hazırda 10 nəfər ağır vəziyyətdə ölkənin müxtəlif xəstəxanalarında müalicə alır.
Mütəxəssislər fevralın ikinci yarısından etibarən qripin yeni dalğasını gözləyir. Lakin bu dekabr ayındakı miqyasda olmayacaq.
Elə bu gün Sxenetidəki BMT kurslarında olan 37 nəfərin virusa kütləvi şəkildə yoluxma halı laoorator yolla təsdiq edilib. Hazırda onların hamısı Tbilisiyə gəldikləri regionlarda müalicə kursu keçirlər.