...

Qazaxıstanda miqrasiya qanunvericiliyini pozan 170 min əcnəbi məsuliyyətə cəlb olunub

Siyasət Materials 1 Fevral 2010 18:36 (UTC +04:00)
Qazaxıstanda miqrasiya qanunvericiliyini pozan təqribən 170 min əcnəbi məsuliyyətə cəlb olunub. Bu barədə bazar ertəsi Astanada keçirilən geniş kollegiya iclasında daxili işlər naziri Serik Baymaqanbetov bildirib.
Qazaxıstanda miqrasiya qanunvericiliyini pozan 170 min əcnəbi məsuliyyətə cəlb olunub

Qazaxıstan, Astana, 01 fevral / Trend , müxbir K.Konırova/

Qazaxıstanda miqrasiya qanunvericiliyini pozan təqribən 170 min əcnəbi məsuliyyətə cəlb olunub. Bu barədə bazar ertəsi Astanada keçirilən geniş kollegiya iclasında daxili işlər naziri Serik Baymaqanbetov bildirib.

Onun məlumatına görə, sözügedən maddə üzrə 18 mindən çox şəxs ölkədən xaric olunub. Bununla yanaşı, əcnəbi vətəndaşların qanunsuz işlədilməsinə görə 2 mindən çox sahibkar məsuliyyətə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti