...

Azərbaycanda eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsi parlamentin yaz sessiyasının müzakirəsinə çıxarıla bilər - hakim partiya

Siyasət Materials 2 Fevral 2010 12:17 (UTC +04:00)
Eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılma ehtimalı var. Əgər bu məsələ gündəmə gələrsə, hakim partiyanın öz yanaşması, təklifləri olacaq. Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
Azərbaycanda eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsi parlamentin yaz sessiyasının müzakirəsinə çıxarıla bilər - hakim partiya

Azərbaycan, Bakı, 2 fevral / Trend , müxbir A.Hüseynbala/

Eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılma ehtimalı var. Əgər bu məsələ gündəmə gələrsə, hakim partiyanın öz yanaşması, təklifləri olacaq. Trend -un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycan Konstitusiyasına 2009-cu il martın 18-də keçirilən referendum vasitəsilə edilən əlavə və dəyişikliklərdə eks-prezidentlərə status verilməsi də nəzərdə tutulur. Bu məqsədlə yeni qanun layihəsi hazırlanıb Milli Məclisdə qəbul olunmalıdır.

Azərbaycanın müxalifət partiyasının başçısı, millət vəkili Fazil Mustafa bir müddət əvvəl "Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi hazırlayaraq Milli Məclis Aparatına təqdim edib.

Novruzov deyib ki, YAP qanun hazırlanarkən dünya praktikasına əsaslanmağın tərəfdarıdır.

"Dünya təcrübəsinə görə, eks-prezidentlərin statusu öz səlahiyyətlərini axıradək yerinə yetirən, yaxud üzürlü səbəblərdən vəzifəsini sonadək yerinə yetirməyən şəxslərə şamil edilir.

"İctimai-siyasi vəziyyətə görə, vəzifəsini icra edə bilməyərək istefa verənlərə də bu status şamil oluna bilər. Cinayət törətmiş, öz səlahiyyətlərini üzürsüz səbəbdən yerinə yetirməyən eks prezidentlərə bu statusun verilməsinin əleyhinəyik", - Novruzov əlavə edib.

Xəbər lenti

Xəbər lenti