...

Xəzəryanı ölkələrin ekspertləri Bakıda Xəzərdə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər - Xələf Xələfov

Siyasət Materials 10 Fevral 2010 11:03 (UTC +04:00)
Xəzəryanı ölkələrin ekpertləri yaxın vaxtlarda Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıda toplanacaq.
Xəzəryanı ölkələrin ekspertləri Bakıda Xəzərdə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər - Xələf Xələfov

Azərbaycan, Bakı, 9 fevral / Trend , Ü.Sadıqova/

Xəzəryanı ölkələrin ekpertləri yaxın vaxtlarda Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıda toplanacaq. Yaxın vaxtlarda Xəzəryanı ölkələrin ekspertlərinin Bakıda növbəti görüşü Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə beştərəfli müqavilənin imzalanması təşəbbüsü çərçivəsində keçiriləcək. Bu barədə çərşənbə axşamı Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Trend -a bildirib.

Azərbaycan Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə beştərəfli müqavilənin imzalanması təşəbbüsü ilə ötən il çıxış edib.

Nazir müavininin sözlərinə əsasən, layihə hələ razılaşdırılmayıb. "Biz yalnız ötən il müzakirələrə başlamışıq və Bakıda növbəti görüşün keçirilməsini yaxın vaxtlarda planlaşdırırıq. Hazırda keçirilməsi üçün bu görüşün tarixi razılaşdırılır", - Xələfov bildirib.

Bakıdakı görüşə Xəzəryanı ölkələrin - Rusiya, İran, Türkmənistan və Qazaxıstanın bütün nümayəndələri dəvət olunacaq.

Xəbər lenti

Xəbər lenti