...

İsrail ilə əlaqələr bütün sahələrdə inkişaf edir - Azərbaycan Parlamentinin sədri

Siyasət Materials 10 Fevral 2010 17:11 (UTC +04:00)
Azərbaycan Parlamenti sədrinin fikrincə, İsrail ilə əlaqələr bütün sahələrdə inkişaf edir.
İsrail ilə əlaqələr bütün sahələrdə inkişaf edir - Azərbaycan Parlamentinin sədri

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir A.Hüseynbala/

İsrail ilə əlaqələr bütün sahələrdə inkişaf edir. "Nazir kimi Azərbaycana ilk səfəriniz olsa da, ümid edirəm ki, bu, iki ölkə münasibətlərinin daha da inkişafına təkan verəcək", - Trend -un məlumatına görə, çərşənbə günü İsrailin xarici işlər naziri Aviqdor Libermanı qəbul edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

Əsədovun sözlərinə görə, Azərbaycan və İsrail prezidentlərinin iki ölkə münasibətlərinin inkişafında xüsusi rolu var.

"İsrail Prezidentinin Azərbaycana səfəri zamanı imzalanan sənədlər münasibətlərimizin inkişafı üçün hüquqi baza yaradıb", - spiker əlavə edib.

Liberman Azərbaycan diasporunun İsraildəki fəaliyyətini yüksək dəyərləndirdiyini qeyd edib. "Prezidentlərimiz arasında olan münasibətlər xalq diplomatiyasının da inkişafına təsir edəcək", - xarici işlər naziri vurğulayıb.

İsrailin xarici işlər naziri Aviqdor Libermanın dünəndən Azərbaycana rəsmi səfəri başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti