...

Türkiyə Cənubi Qafqazda meşə yanğınları ilə mübarizə üzrə təlimlərə başlayıb

Siyasət Materials 2 Mart 2010 20:57 (UTC +04:00)
ATƏT və Türkiyə hökuməti ilə birgə təşkil olunmuş Cənub-Şərqi Avropa və Cənubi Qafqaz regionunda meşə yanğınlarının qarşısının alınması üzrə təlimlər çərşənbə axşamı Türkiyənin Antalya şəhərində başlayıb.
Türkiyə Cənubi Qafqazda meşə yanğınları ilə mübarizə üzrə təlimlərə başlayıb

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir Y.Ostapenko/

ATƏT və Türkiyə hökuməti ilə birgə təşkil olunmuş Cənub-Şərqi Avropa və Cənubi Qafqaz regionunda meşə yanğınlarının qarşısının alınması üzrə təlimlər çərşənbə axşamı Türkiyənin Antalya şəhərində başlayıb. Bu barədə ATƏT-in məlumatında deyilir.

Üçgünlük təlimlər Albaniya, Azərbaycan, Ermənistan, Bosniya-Herseqovina, Bolqarıstan, Makedoniya, Gürcüstan, Rusiya və Türkiyə yanğınsöndürmə xidmətinin heyəti üçün keçiriləcək. Əsas diqqət meşə yanğınlarının qarşısının alınması məqsədi ilə milli potensialın və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə yönəldiləcək.

"Yanğınların qarşısının alınması sahəsində milli potensialın yaradılmasına dair səylərə dəstək ATƏT-ə üzv dövlətlərin ekoloji təhlükəsizliyini təhlükə altında qoyan problemləri aradan qaldırmağa kömək edəcək", - ATƏT-in iqtisadi və ekoloji fəaliyyət koordinatoru Qoran Svelanoviç deyib.

Son on il ərzində ATƏT ölkələri regionunda meşə yanğınlarının dərəcəsi və miqyası qarşılıqlı əlaqəli amillərə görə, torpaqdan istifadə üsullarının dəyişilməsi, ekstermal hava şəraiti və iqlim dəyişkənliyinə görə artıb.

Təlim iştirakçıları yanğın zamanı necə hərəkət etməli olduqlarını və yanğınla mübarizə üsullarını, lazımi alətlər və avadanlıqları öyrənəcəklər, həmçinin yanğınla mübarizə üzrə nəzərdə tutulmuş açıq çıxışlarda iştirak edəcəklər.

Təlimlərdə iştirak edəcək ölkələri Antalya meşə təsərrüfatı idarəsi qəbul edəcək. Təlimlərdə həmçinin Yanğına Nəzarət üzrə Dünya Mərkəzi və BMT-nin təbii fəlakətlərin təhlükə dərəcəsini azaltmaq üzrə Beynəlxalq Strategiyasının beynəlxalq ekspertləri iştirak edirlər. Seminar "ətraf mühit və təhlükəsizlik" təşəbbüsü çərçivəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti