...

Dövlət rəmzlərimizin təhqir edilməsi ilə bağlı İranın hüquq-mühafizə orqanları ölçü götürməlidir – XİN rəhbərinin müavini

Siyasət Materials 2 Mart 2010 13:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini hesab edir ki, Azərbaycanın İrandakı Səfirliyinin binasında dövlət rəmzlərimizə qarşı hörmətsizliyə görə bu ölkənin hüquq-mühafizə orqanları tədbir görməlidir.
Dövlət rəmzlərimizin təhqir edilməsi ilə bağlı İranın hüquq-mühafizə orqanları ölçü götürməlidir – XİN rəhbərinin müavini

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın xarici işlər nazirinin müavini hesab edir ki, Azərbaycanın İrandakı Səfirliyinin binasında dövlət rəmzlərimizə qarşı hörmətsizliyə görə bu ölkənin hüquq-mühafizə orqanları tədbir görməlidir.

"Dövlət rəmzlərimizə qarşı hörmətsizlik və səfirliyin binasına yumurta atılması ilə bağlı İranın hüquq-mühafizə orqanlarının müvafiq ölçülər götürəcəyini gözləyirik", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə xarici İşlər nazirinin müavini Vaqif Sadıxov bildirib.

Trend -un arayışı: Bir müddət əvvəl Azərbaycanın İrandakı səfirliyi qarşısında keçirilən aksiya zamanı Azərbaycanın dövlət rəmzləri təhqir olunub, Səfirliyin binasına yumurta atılıb.

Sadıxovun sözlərinə görə, təbliğat kampaniyalarının bu və ya digər şəkildə aparılması xarici ölkələrdə təbii haldır.

"Biz də təbliğat kampaniyaları aparırıq, bizim əleyhimizə də aparılır. Biz burada qeyri-adi bir şey görmürük. Təbliğatın formalarına gəldikdə, bu və ya digər şəkildə piket və nümayişlərin keçirilməsini hər bir dövlətin yerli hakimiyyət orqanları müəyyənləşdirir. Əgər qanun çərçivəsindədirsə, əlbəttə, bunlara icazə verilir, qanun çərçivəsində deyilsə, müəyyən məhdudiyyətlər qoyulur. Azərbaycanda da belədir", - nazir müavini əlavə edib.

Onun fikrincə, hər hansı ölkədə bu cür hadisələrin baş verməsinə fövqəladə hal kimi baxmılmamalıdır.

"Bu, adi haldır. Bu və ya digər tədbirlər zamanı səsləndirilən fikirlərə gəldikdə, bu, artıq təşkilatçıların fikirlərini əks etdirməsi məsələsidir. Biz buna səbrlə yanaşırıq. Amma, əlbəttə ki, özümüz üçün müəyyən nəticələr çıxarırıq", - Sadıxov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti