...

Gürcüstan Prezidenti yenidən təşkil olunmuş səfirliklərə namizədlər təklif edib

Siyasət Materials 23 Mart 2010 11:37 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstanın yenidən təşkil olunmuş səfirliklərinə yeni namizədlər təqdim edib. Xüsusilə də İspaniya və Andorra səfiri postuna Nikolaz Natbiladze təqdim olunub.
Gürcüstan Prezidenti yenidən təşkil olunmuş səfirliklərə namizədlər təklif edib

Gürcüstan, Tbilisi, 23 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstanın yenidən təşkil olunmuş səfirliklərinə yeni namizədlər təqdim edib. Xüsusilə də İspaniya Andorra səfiri postuna Nikoloz Natbiladze təqdim olunub.

Natbiladze 1971-ci ildə Tbilisidə anadan olub və 2009-cu ildən Gürcüstanın İspaniyadakı səfiridir. O, 2007-2009-cu illərdə Gürcüstanın Azərbaycandakı səfiri olub.

İranPakistanda yenidən təşkil olunmuş səfirliyin səfiri postuna Georgi Cancqavanın namizədliyi təklif edilib. O, 1965-ci ildə anadan olub. Hazırda Gürcüstanın İrandakı səfiridir. 2006-2009-cu illərdə MisirSuriyada səfir olub.

Danimarka, Norveçİslandiyada səfir postuna David Kereselidzenin namizədliyi təklif edilib. O, 2006-ci ildən Gürcüstanın Danimarkadakı səfiridir.

Prezident tərəfindən təklif edilən namizədləri Gürcüstan Parlamenti nəzərdən keçirəcək. Plenar iclasda onların namizədliyi təsdiqlənmə prosedurundan keçəcək.

Səfirlərin səlahiyyətlərinin genişləndirilməsi Gürcüstan Prezidentinin fərmanına əsasən baş verib.

Xəbər lenti

Xəbər lenti