...

Dünyada Novruz Bayramının geniş vüsət alması üçün vahid mərkəzin yaradılması vacibdir – İran XİN rəhbəri

Siyasət Materials 27 Mart 2010 13:07 (UTC +04:00)
Bütün dünyada Novruz Bayramının geniş vüsət alması üçün vahid mərkəzin yaradılması vacibdir. İran XİN rəhbəri Mənuçöhr Mottəki Tehranda keçirilən Novruz Bayramı mərasimində qeyd edib. Bu barədə IRINN telekanalı xəbər verib.
Dünyada Novruz Bayramının geniş vüsət alması üçün vahid mərkəzin yaradılması vacibdir – İran XİN rəhbəri

Azərbaycan, Bakı, 27 mart / Trend , T.Cəfərov/

Bütün dünyada Novruz Bayramının geniş vüsət alması üçün vahid mərkəzin yaradılması vacibdir.  İran XİN rəhbəri Mənuçöhr Mottəki Tehranda keçirilən Novruz Bayramı mərasimində qeyd edib. Bu barədə IRINN telekanalı xəbər verib.

Mottəkinin sözlərinə görə, Novruz Bayramının qeyd olunduğu ölkələrdə sözügedən mərkəzin yaradılması bu ölkələr arasında mədəni, elmi əlaqələrin genişlənməsinə şərait yaradacaq. "Ümid edirik, Novruz Bayramının beynəlxalq səviyyədə qeyd olunması dünyada sülhün və əmin-amanlığın təmin olunmasına imkan verəcək", - Mottəki bildirib.

Bu il Birləşmiş Millətlər Təşkilatı Novruz Bayramına beynəlxalq status verib. Bu münasibətlə keçirilən mərasimə bahar bayramını qeyd edən ölkələrin rəsmiləri dəvət olunub. Novruz Bayramı münasibətilə mərasimə martın 27-də Tehranda başlanılacaq və növbəti gün mərasim Şiraz şəhərində davam etdiriləcək.

Azərbaycan Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti ilə mərasimdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti