...

Bakı Dövlət Yol Polisi İdarəsinin yeni rəhbəri təyin olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Mart 2010 13:51 (UTC +04:00)
Bakı Dövlət Yol Polisi İdarəsinin yeni rəhbəri təyin olunub. Azərbaycan daxili işləri naziri Ramil Usubovun əmri ilə bu posta Nuşirəvan Səfərovun namizədliyi təsdiqlənib. Bu barədə Trend News-a Bakı Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Cəmşid Hənifəyev məlumat verib.
Bakı Dövlət Yol Polisi İdarəsinin yeni rəhbəri təyin olunub (ƏLAVƏ OLUNUB)

RED. Məlumat rəsmi olaraq təsdiqlənib

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bakı Dövlət Yol Polisi İdarəsinin yeni rəhbəri təyin olunub. Azərbaycan daxili işləri naziri Ramil Usubovun əmri ilə bu posta Nuşirəvan Səfərovun namizədliyi təsdiqlənib. Bu barədə Trend -a Bakı Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Cəmşid Hənifəyev məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Səfərovun Bakı Dövlət Yol Polisi İdarəsinin kollektivinə təqdim olunması gözlənilir.

Səfərov bu təyinatdan əvvəl Azərbaycan DİN Respublika Baş Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti nəzarəti şöbəsinə rəhbərlik edib.

Bundan əvvəl Dövlət Yol Polisi İdarəsinin rəhbəri postunu Həsən Şirinov tutub.

Xəbər lenti

Xəbər lenti