...

Azərbaycanın Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib

Siyasət Materials 5 Aprel 2010 17:18 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.
Azərbaycanın Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə bildiriblər ki, Respublika hərbi komissarının müavini Ramiz Məmmədov komissiyanın sədri təsdiq olunub.

Dövlət Sərhəd Xidməti rəisinin müavini Məhəmməd Abbasquliyev komissiyanın sədr müavini təyin olunub.

Daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, ədliyyə nazirinin müavini Toğrul Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov və millət vəkili Siyavuş Novruzov komissiyanın üzvləri təsdiq olunub.

Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq edəcək.

Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası Azərbaycan vətəndaşlarının Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etməlidir.

Xəbər lenti

Xəbər lenti