Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin növbəti iclasında Hesablama Palatasının 2009-cu ildəki fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək.
"Parlamentin iclasında "Torpaqıarın dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsi isə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq", - cümə günü Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Aprelin 20-də keçirilməsi nəzərdə tutlan iclasın gündəliyinə inzibati xətalar və ailə məcəllələrinə əlavə və dəyişikliklər layihəsi da daxil edilib.
Milli Məclisin yaz sessiyasının ötən iclaslarında Azərbaycan Nazirlər Kabinetinin və Ombudsman Aparatının 2009-cu illə bağlı hesabatları dinlənilərək müzakirə olunub.