Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Cəfərov/
İran Parlamentinin nümayəndələrindən ibarət heyət aprelin 24-də Azərbaycana səfər edəcək. Bunu İran - Azərbaycan Parlamentlərarası Dostluq Komissiyasının rəhbəri və Ərdəbil əhalisinin İslami Şura Məclisindəki nümayəndəsi Seyyid Kazim Musəvi cümə axşamı telefonla Trend-ə bildirib.
Müsəvi deyib ki, 6-7 nəfərlik nümyəndə heyəti şənbə günü Naxçıvan Muxtar Respublikasına səfər edəcək və orada iki gün ərzində Naxçıvan MR Ali Şurasının sədri və nümayəndələrlə görüş keçirdikdən sonra, bazar ertəsi Bakıya səfər edəcək və Milli Məclisin sədri Oqtay Əsədovla görüş keçirəcək.
Musəvi nümayəndə heyətinin hamısının İran - Azərbaycan Parlamentlərarası Dostluq Komissiyasının üzvləri olduğunu bəyan edib və deyib ki, səfərdə məqsəd iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsidir.