...

Mayda Azərbaycan və İordaniya nümayəndə heyətlərinin bir sıra qarşılıqlı səfərləri nəzərdə tutulub - səfir

Siyasət Materials 28 Aprel 2010 09:00 (UTC +04:00)
Mayda Azərbaycan və İordaniya nümayəndə heyətlərinin bir sıra qarşılıqlı səfərləri nəzərdə tutulub.
Mayda Azərbaycan və İordaniya nümayəndə heyətlərinin bir sıra qarşılıqlı səfərləri nəzərdə tutulub - səfir

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir S.Ağayeva/

Mayda Azərbaycan və İordaniya nümayəndə heyətlərinin bir sıra qarşılıqlı səfərləri nəzərdə tutulub.

İordaniyanın paytaxtı Əmmanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev 31 may - 5 iyun tarixində bu ölkəyə səfəri çərçivəsində mədəniyyət günlərinə hazırlıq məsələsini müzakirə edəcək. Bunu çərşənbə axşamı Əmmandan telefonla Trend-ə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı deyib.

Mayın 13-14-də İordaniya universitetlərinin bəzi rektorları Azərbaycana səfər edəcəklər. Onlar beşinci Bakı İslam Universitetləri Konfransında iştirak edəcəklər.

"Mayın 3-6-da azərbaycanlı həkimlər İordaniyada beşinci Beynəlxalq Kral Tibb Xidməti Konfransında iştirak edəcəklər", - səfir bildirib.

Bu günlərdə Bakıda hərbi-texniki əməkdaşlıq üzrə birgə komissiyanın üçüncü iclası keçirilir. İclasda İordaniya Müdafiə Nazirliyinin nümayəndə heyəti iştirak edir.

Xəbər lenti

Xəbər lenti