Gürcüstan, Tbilisi, 28 aprel /Trend, müxbir N.Kirsxaliya/
ABŞ-da səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili Los-Ancelesdəki Milken İnstitutunda çıxış edib və son altı il ərzində Gürcüstanın əldə etdiyi uğurlar barədə danışıb.
Mixail Saakaşvili Amerika ekspertləri və işgüzar dairələrin nümayəndələri ilə görüşləri davam etdirir.
Saakaşvili öz çıxışında bildirdiyi kimi, Gürcüstan 6-7 il əvvəl rüşvətxorluğun adi hal aldığı geridə qalmış ölkə idi.
"Həmin dövr ərzində əhalinin sosial və mental transformasiyası baş verib", - o deyib.
Onun sözlərinə görə, rüşvətxorluq bataqlığına yuvarlanmış ölkə üçün əsas dəyər azadlıq idi. Məhz bunu Saakaşvili onunla izah edib ki, balaca xalq Rusiya müdaxiləsinin, aressiyasının və müharibənin qarşısında dura bilib.
"Gürcüstan demokratiyanın normal modelini yarada bilib", - Mixail Saakaşvili deyib.
Görüş zamanı o, həmçinin, iştirakçıların suallarına cavab verib.