Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/
NATO ilə əməkdaşlıq bütün dünyaya Azərbaycanın müstəqilliyini və suverenliyini nümayiş etdirdi. Bunu cümə axşamı Bakıda ABŞ səfirliyi tərəfindən NATO-nun 61 illiyi ilə əlaqədar təşkil olunmuş qəbul zamanı Birləşmiş Ştatların Azərbaycanda müvəqqəti işlər vəkili Donald Lu deyib.
Onun sözlərinə görə, bu, adi bir addım deyildi və uzaqgörənlik, liderlik və cəsarət tələb edir. "Biz Avroatlantik alyansa inteqrasiya üzrə Azərbaycanın səylərini alqışlayırıq", - Lu deyib.
Onun fikrincə, Azərbaycanın Əfqanıstan və İraqda sülhməramlı korpusun formalaşdırılmasınnda iştirakı göstərdi ki, NATO müsəlman ölkələri içərisində də yaxşı tərfədaş tapa bilər.
Lu qeyd edib ki, NATO təkcə hərbi ittifaq deyil, həmçinin dəyərlərin birliyidir. "NATO Azərbaycanın inkişafına yardım edə bilər, həmçinin ölkə də bunun müqabilində alyansa kömək edə bilər", - amerikalı diplomat belə düşünür.
Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolae Ureke hesab edir ki, NATO ən güclü hərbi birlikdir. "NATO xətti ilə bu ay böyük miqyasda keçirilmiş tədbirləri nəzərə alsaq, o zaman aprelin Azərbaycanda NATO ayları olduğunu hesab etmək olar", - o deyib.
Lunun sözlərinə görə, Azərbaycan həmçinin Əfqanıstanda minaların zərərsizləşdirilməsi ilə məşğul olur və polis strukturları üçün treninqlər keçirir. "Bu ondan xəbər verir ki, Azərbaycan özünə liderliyi qəbul edib", - o deyib.
Lu ötənilki təlimləri nəzərə alaraq, Azərbaycan-ABŞ hərbi əməkdaşlığını yüksək qiymətləndirib. O, bu təlimlərin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.