...

Sxinvalidə üç gürcünün azad edilməsi "Gürcüstan diplomatiyasının uğuru"dur - XİN

Siyasət Materials 3 May 2010 17:03 (UTC +04:00)
Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze Aİ-nin insan hüquqları üzrə ali komissarı Tomas Hammerberqin səfərinin nəticəsini "gürcü diplomatiyasının uğuru" kimi qiymətləndirib.
Sxinvalidə üç gürcünün azad edilməsi "Gürcüstan diplomatiyasının uğuru"dur - XİN

Gürcüstan, Tbilisi, 3 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze Aİ-nin insan hüquqları üzrə ali komissarı Tomas Hammerberqin səfərinin nəticəsini "gürcü diplomatiyasının uğuru" kimi qiymətləndirib.

"Gürcüstan diplomatiyasının beynəlxalq birliyi dəqiq məlumatlandırmağa nail olması nəticəsində Sxinvali həbsxanasında saxlanılan Gürcüstanın üç vətəndaşı azad edilib", - Kalandadze bazar ertəsi ənənəvi brifinqində deyib.

Onun sözlərinə görə, Gürcüstanın daha 10 vətəndaşı girov götürülüb. Nazir müavini ümidvar olduğunu bildirib ki, onların da azad edilməsi barədə danışıqlar uğurla nəticələnəcək.

"Gürcüstan diplomatiyasının beynəlxalq birliyi daha ətraflı informasiya ilə təmin etməkdən vacib funksiyası yoxdur. Üç vətəndaşın azad edilməsi Gürcüstan diplomatiyasının uğurunun bir hissəsidir", - Kalandadze deyib.

Xəbər lenti

Xəbər lenti