...

BMT-nin İnkişaf Proqramının regional direktoru Gürcüstana rəsmi səfər edəcək

Siyasət Materials 5 May 2010 20:04 (UTC +04:00)
BMT-nin İnkişaf Proqramının MDB və Avropa regional bürosunun direktoru xanım Kori Udoviçkinin Gürcüstana rəsmi səfəri mayın 5-8-də baş tutacaq.
BMT-nin İnkişaf Proqramının regional direktoru Gürcüstana rəsmi səfər edəcək

Gürcüstan, Tbilisi, 5 may /Trend, müxbir N.Kirsxaliya/

BMT-nin İnkişaf Proqramının MDB və Avropa regional bürosunun direktoru xanım Kori Udoviçkinin Gürcüstana rəsmi səfəri mayın 5-8-də baş tutacaq.

Üçgünlük səfər çərçivəsində Udoviçki Gürcüstan hökuməti, siyasi partiyalar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Bu barədə BMT nümayəndəliyindən Trend-ə bildiriblər.

Baş nazir Nika Qilauri, müavinləri David TkeşelaşviliTemur Yakobaşvili, Ali Məhkəmənin sədri Konstant Kublaşvili, ətraf mühitin və təbii resursların mühafizəsi naziri Qoqo Xaçidze ilə rəsmi görüşlər keçiriləcək.

Mayın 8-də Kori Udoviçki Şida Kartliyə gedəcək. O, cəzaların icrası və hüquqi yardım naziri Xatun Kalmaxelidze ilə birgə Qoridə açıq hüquqi yardım bürosuna baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti