...

Gürcüstanın birinci xanımının Bakıya səfəri başlayır

Siyasət Materials 12 May 2010 16:57 (UTC +04:00)
Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulovsun bu gün Azərbaycana ikigünlük rəsmi səfəri başlayır.
Gürcüstanın birinci xanımının Bakıya səfəri başlayır

Gürcüstan, Tbilisi, 12 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulovsun bu gün Azərbaycana ikigünlük rəsmi səfəri başlayır. Trend-ə Gürcüstanın birinci xanımının mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində o, Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşlər keçirəcək.

Rulovs Bakıdakı yeni Talassemiya Tibb Mərkəzinə baş çəkəcək. O, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin ekspertləri ilə birlikdə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşəcək və Azərbaycan həbsxanalarında vərəmlə mübarizə ilə əlaqədar vəziyyəti müzakirə edəcək.

Gürcüstanın birinci xanımı Milli Məclisə də baş çəkəcək. O, burada Gürcüstan ilə dostluq deputat qrupunun üzvləri ilə görüşəcək.

Səfər çərçivəsində Rulovs Mstislav Rostropoviçin ev-muzeyində və Müasir İncəsənət Muzeyində olacaq.

Gürcüstanın birinci xanımı, ümummilli lider Heydər Əliyev və onun həyat yoldaşı Zərifə Əliyevanın məzarlarına əklillər qoyacaq.

Gürcüstanın birinci xanımının mətbuat xidmətinin məlumatına görə, Gürcüstana qayıtmazdan əvvəl Rulovs yerli jurnalistlər üçün mətbuat konfransı keçirəcək.

Gürcüstanın birinci xanımı mayın 14-ü vətəninə dönəcək.

Xəbər lenti

Xəbər lenti